
Ermənistan ATƏT Minsk Qrupu həmsədrləri ilə fəal əlaqə saxlayır. Bu haqda Yerevanda Xarici işlər naziri Zohrab Mnatsakanyan bu gün parlamentdə müzakirə zamanı bildirib.
Zohrab Mnatsakanyanın açıqlaması bu günlərdə Azərbaycan Müdafiə naziri Zakir Həsənovun bəyanatı fonunda diqqətəlayiq əhəmiyyət kəsb edir, o da Azərbaycan ordusunun komandanlığı ilə görüşdə hərbi əməliyyatlar ehtimalının kəskin şəkildə artdığını və hazır olmalı olduğunu söyləmişdir.
Əlbətdə ki, azərbaycanlı nazir, sözsüz ki, erməni tərəfinin “təxribatlarına” toxunmaqla qeyd edərək deyib ki, hərbi əməliyyatların artması ehtimalını məhz bunlardır yaradan.
Lakin azərbaycanlıların təbliğatının bu ənənəvi hiyləsi olduğuna, yəni atəşkəsi pozmaqda xüsusi təşəbbüssünü yenidən erməni tərəfi üzərinə yıxmaqda şübhə yoxdur. Bu mənada, Azərbaycan Müdafiə nazirinin oxşar açıqlaması əslində özü bir təxribatdır və şübhəsiz ki, həm Yerevandan, həm də həmsədr ölkələrdə siyasi reaksiya tələb edir.
Eyni zamanda diqqətəlayiqdir ki, bu təxribat iki olay fonunda səslənir ki, o da: Rusiya Xarici işlər naziri Lavrovun məlum səs-küylü bəyanatı və Ermənistanın daxili həyatında keçmiş hökumətlə yeni hökumət arasında artan gərginlikdir.
Azərbaycan vəziyyətdən yararlanmağı düşünür, belə desək, mümkün hərbi təxribatlara zəmin vurmaqla, hərbi təxribat, hərbi siyasi hiyləsinə bununla üstünlük əldə etmək naminə çalışır.
Bu vəziyyətdə, ATƏT Minsk Qrupu həmsədrləri ilə sıx və fəal əlaqə, əlbəttə ki, vacibdir, xüsusən Amerika və Fransa tərəfi ilə, Rusiyanın “separatçı” mümkün ikibaşlı oyununun qarşısını almaq üçün lazımdır necə ki, Lavrovun bəyanatı idi. Ümumiyyətlə, bu açıqlama Azərbaycan tərəfinin istəyindən danışdığı görünsə də, qeyd etməliyik ki,o qədər də xoşluqla qarşılanmadı.
Bu olay ondan danışır ki, ikibaşlı oyun vasitəsiylə Moskva tərəflər arasında vəziyyəti gərginləşdirə bilər və onunla da öz “sakitləşdirici” rolunu onları məcbur etmək üçün istifadə edər , çünki şübhəsiz öz hərbinəfəsli olmasına baxmayaraq Azərbaycanda çətin ki, səfehdirlər “müharibə bəxti”ni sınasınlar. Özü də dünyanın hazırkı vəziyyətində ,özü də hazırki Ermənistan və Artsax ilə. Bu nəinki ”bəxt sınamaq” demək olar, həm də elə bir səhvə yol vermək olar ki, onun da adı “bədbəxtlikdir”.







