Başlıcaİctimaiyyət
Ermənistanda daha 322 nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda daha 322 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər ölüb.
Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 5 928-ya yüksəlib.
Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı da daha 4 nəfər artaraq 74-ə çatıb.
Bildirilib ki, indiyədək 2 874 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 2 952 aktiv koronavirus xəstəsi var.







