Başlıca

Hindistanın xarici işlər naziri Ermənistana səfər edəcək

Hindistan Xarici işlər nazirliyindən verilən məlumata görə, Hindistanın Xarici işlər naziri doktor Subrahmaniam Jayşankar 2021-ci il oktyabrın 10-13-də Qırğızıstan, Qazaxıstan və Ermənistana rəsmi səfər edəcək.

Nazir Cayşankar oktyabrın 12-13-də Ermənistana səfər edəcək. Bu, Hindistan xarici işlər nazirinin müstəqil Ermənistana olanilk səfəridir.

Onun erməni həmkarı ilə, eləcə də Ermənistanın Baş naziri və parlament sədri ilə görüşləri olacaqdır.

Səfər ikitərəfli əlaqələrin gedişatını nəzərdən keçirmək, bölgədəki inkişaflar barədə fikir mübadiləsi aparmaq imkanını verəcək.

Daha çox göstər
Back to top button