
Rusiya Federasiyasının Müdafiə Nazirliyi dünən Martakertdə mülki şəxsin azərbaycanlılar tərəfindən öldürüldüyünü təsdiqləyib.
“Oktyabrın 9-da Martakert bölgəsində – təmas xətti yaxınlığında kənd təsərrüfatıl işləri apararkən Matağis kəndindən olan mülki şəxs, Azərbaycan tərəfinin açdığı atəş nəticəsində ölümcül yaralanıb. Rusiya kontingent komandanlığı hər iki tərəfin nümayəndələrinin iştirakı ilə işi araşdırır”, – deyə Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.







