
Parlamentin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri Andranik Koçaryan Silahlı qüvvələrdə yeni mühəndis qüvvələrinin olmasını həyati zərurət hesab edir.
Bu haqda Andranik Koçaryan parlament iclasında 2022-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi ərzində qeyd edib.
“Aydın olur ki, büdcədə elə əsaslar olmalıdır ki, mühəndis qoşunlarının olması həyati əhəmiyyətə çevrilir.Bizim hazırkı ordu strukturumuzda bunun bir qədər fərqli formatı var”- deyərək Koçaryan bildirib.
Parlamentin müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının sədri sərhəddəki vəziyyətə də toxunaraq, hazırda sərhədin Şərq hissəsində vəziyyətin sakit olduğunu bildirib.
“Bu o demək deyil ki, bu rahatlıq bizi hər gün müşayiət edəcək: Ona görə də biz hər gün səy və enerjimizi sərf etməliyik ki, hökumətin proqramını reallaşdıraq, burada bu xərcləri fasiləsiz, pulları külə döndərmədən həyata keçirməliyik”- deyərək Koçaryan qeyd edib.







