BaşlıcaSiyasət

ER Prezident Armen Sarkisyan ABŞ Prezidenti Co Baydenə təbrik məktubu göndərib

Prezident Armen Sarkisyan Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Baydenə ad günü münasibətilə təbrik məktubunu göndərib.

Ermənistan Respublikası Prezidentin aparatının İctimaiyyətlə əlaqələr departamentinin rəsmisi bildirib ki, mesajda xüsusilə deyilir:

“Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edir, cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.

Bu günlərdə Qlazqoda keçirdiyimiz səmimi və mehriban görüşümüzü və söhbətimizi böyük məmnuniyyətlə xatırlayıram. Bu, mənim üçün qiymətli xatirədir  hələ 2019-cu ildə Münhen Təhlükəsizlik konfransı çərçivəsində olan bizim səmimi və birbaşa görüşümüz və ondan aldığım sadə insan təəssüratları bu gün də məni müşayiət edir.

Ümid edirəm ki, yaxın gələcəkdə bizim beynəlxalq və ikitərəfli münasibətlərin gündəliyində duran müxtəlif məsələlərlə bağlı görüşmək və danışmaq üçün yeni imkanımız olacaq.

Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında uzunmüddətli münasibətlər möhkəm təmələ və etibarlı perspektivə malikdir, qarşılıqlı etimad və hörmət nəzərə alınmaqla və iki xalq arasındakı dostluq əlaqələri formalaşıb.

Sizin həm ABŞ-ın 46-cı Prezidenti, həm də Birləşmiş Ştatların 47-ci vitse-prezidenti, uzunmüddətli senator kimi şəxsi rolunuz və töhfəniz, şübhəsiz ki, ölkələrimiz arasında artıq qurulmuş sıx əməkdaşlıq və tərəfdaşlıq münasibətlərində, həm necə ABŞ-ın 46-cı president kimi, həm  necə ABŞ-ın 47-ci  uzunmüddətli senator və vitse president kimi, rolunuz və əməyiniz böyükdür.

Mən şadam ki, dövlətlərarası dialoqun və müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı maraq var. Ümumermənilər və şəxsən mən, Sizin ABŞ administrasiyanızın insan hüquqlarının və ümumbəşəri dəyərlərin qorunmasına sadiqliyimizin təsdiqi olan Erməni Soyqırımını tanımaq və pisləmək üzrə davamlı səylərini yüksək qiymətləndirirəm.

Əminəm ki, şəxsi münasibətlərimizin birgə səyləri nəticəsində Ermənistan və ABŞ arasında çoxşaxəli əməkdaşlıq yeni məzmun qazana bilər.

 Əminəm ki, biz birlikdə ən yaxşı ənənələrə və təcrübəyə əsaslanan erməni-amerikan əməkdaşlığını ölkələrimizin və xalqlarımızın rifahı naminə daha da inkişaf etdirə biləcəyik”.

Daha çox göstər
Back to top button