BaşlıcaSiyasət

Rusiya XİN-i Moskvada “3+3” formatında görüşün keçiriləcəyini təsdiqləyib

Rusiya Xarici İşlər Nazirliyi Moskvada “3+3” formatında görüşün keçirilməyini təsdiqləyib.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

Onun sözlərinə görə, “3+3” formatında görüş xarici işlər nazirlərinin müavinlər səviyyəsində keçiriləcək: “Cənubi Qafqaz üçün “3+3” regional məsləhətləşmələr mexanizmləri formatında birinci iclası keçirilməlidir. Rusiya tərəfini həmin görüşdə xarici işlər nazirinin müavini Andrey Rudenko təmsil edəcək. Görüşün nəticələri və təmsil olunan ölkələrin tərkibi haqqında daha ətraflı sabah danışa bilərik”.

Zaxarova Gürcüstan nümayəndəsinin də bu görüşə dəvət olunduğunu açıqlayıb: “Onlar görüşdə iştirakdan imtina etdilər.

Daha çox göstər
Back to top button