
Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Grigoryan Ermənistanda işgüzar səfərdə olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas ilə görüşüb.
Görüş zamanı tərəflər Ermənistanın KTMT-yə sədrliyi dövründə həyata keçiriləcək proqramları müzakirə ediblər.
Bu kontekstdə terrorizm, ekstremizm, miqrasiya təhlükəsizliyi, bioloji təhlükəsizlik və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı siyasətin hazırlanmasında KTMT-yə üzv dövlətlərin birgə fəaliyyətinə əhəmiyyət verilib.
Tərəflər Ermənistan-Azərbaycan, Tacikistan-Qırğızıstan və Tacikistan-Əfqanıstan sərhədlərində gərginliyin azaldılması barədə fikir mübadiləsi aparıblar.
Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə toxunan Armen Qrigoryan qeyd etdi ki, bu Ermənistan üçün birinci dərəcəli əhəmiyyət kəsb edən çağırışdır.
Bu kontekstdə hər iki tərəf Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası prosesinin tez başlaması üçün şəraitlərin təmin edilməsini vacib sayıb․







