
Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Ermənistan Respublikası Baş Naziri Aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb. Tərəflər Milad bayramı münasibətilə bir-birini təbrik ediblər.
Nikol Paşinyan və Vladimir Putin Qazaxıstan Respublikasındakı vəziyyəti və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində birgə atılacaq addımları müzakirə ediblər.







