BaşlıcaSiyasət

Ermənistanın Kiyevdəki səfirliyi normal işləyir: KİV

AnalitikaUA.net öz mənbələrinə istinadən xəbər verir ki, Ermənistanın Ukraynadakı səfirliyi və konsulluqları normal rejimdə işləyir.

Qəzetin yazdığına görə, bütün diplomatlar öz yerində işləyir, konsulluq xidmətləri öz işini görür.

Mətbuatda yayılan məlumatlara görə, Borispol Beynəlxalq Hava Limanı da normal rejimdə işləyir, lakin yaxın vaxtlarda cədvəlin dəyişə biləcəyi barədə xəbərlər var.

Bundan əvvəl Ukrayna Hava Hərəkətinin işləri üzrə xidmətinin sədri vəzifəsini icra edən Andrey Yarmak bildirib ki, Ukrayna səmasının bağlanması üçün heç bir şərt yoxdur. Ukraynanın hava məkanı uçuşlar üçün təhlükəsizdir.

Prezident Administrasiyası rəhbərinin müavini Kirill Timoşenko deyib ki, hakimiyyət sığorta şirkətlərinə görə Ukrayna hava məkanı üzərində uçuşlarda problem yaşayan aviadaşıyıcılara dəstək üçün həll yolları axtarır.

Bundan əvvəl Ukraynanın İnfrastruktur Nazirliyi Ukrayna səmasının açıq qaldığını, dövlətin hava daşıyıcıları üçün risklərin qarşısını almağa çalışdığını açıqlamışdı.

Nazirlik vurğulayıb ki, Ukrayna hava məkanının bağlanması ilə bağlı məlumat reallığa uyğun gəlmir. Hava məkanının bağlanması Ukraynanın suveren hüququdur, lakin heç bir qərar verilməyib.

Daha çox göstər
Back to top button