
Fevralın 27-də Londondakı Müqəddəs Eğişe kilsəsində 1988-ci ildə Sumqayıtda ermənilərə qarşı törədilən qırğınların 34-cü ildönümü münasibətilə liturgiya səslənib.
Liturgiya zamanı Böyük Britaniya və İrlandiya Erməni Yeparxiyasının rəhbəri, yepiskop Hovakim Manukyan və xüsusi dəvət olunmuş Koventri yepiskopu Kristofer Koksvorf çıxış ediblər.
Səfi Varujan Nersesyan çıxışında qeyd edib ki, 1980-ci illərin sonlarında Sumqayıtda, eləcə də Kirovabad və Bakıda mülki erməni əhalisinə qarşı törədilmiş vəhşiliklər o vaxtkı Azərbaycan hakimiyyətinin gizli razılığı ilə törədilib və hələ də bu qırğınlara lazımi siyasi qiymət verilməyib.
Səfir vurğulayıb ki, bu faciələr bir daha sübut etdi ki, ermənilər Azərbaycanda təhlükəsiz yaşaya bilməzlər və Qarabağ hərəkatına yeni təkan üçün əsas olub. Varujan Nersesyan vurğuladı ki, 2020-ci ildə Azərbaycan-Türkiyənin Arstaxa qarşı təcavüzündən sonra Ermənistan və Artsax ətrafında birləşmə bizim irəliləyişimiz üçün ən vacib şərtlərdən biridir.







