Başlıcaİctimaiyyət

Yerevanda heç bir təyyarə “saxlanılmadı”: Nazirlik şayiələri təkzib edir

ER Ərazi İdarəetmə və İnfrastrukturlar Nazirliyi Yerevanda təyyarənin saxlanılması ilə bağlı yayılan xəbərləri təkzib edir. “Armenpress” məsələyə aydınlıq gətirmək üçün Nazirliyin Dəmir Yolu, Su və Hava Nəqliyyatı Siyasəti Departamentinin rəhbəri Vardan Çilingaryana müraciət edib.

“Yox, belə bir şey yoxdur. Təyyarənin tutulması və ya saxlanılması ilə bağlı bu məlumat reallığa uyğun gəlmir. Belə bir şey olmadı. Məsələ odur ki, Yerevana enmiş təyyarənin sonrakı uçuşunda sənəd problemi var. İndi həmin problemlərə aydınlıq gətirilir. Bu qədər”,-deyə o cavab verdi.

Qeyd edək ki, “Sputnik Armenia” “Авиаторщина” Teleqram kanalına istinadən xəbər vermişdi ki, S7 aviaşirkətinə məxsus təyyarələrdən biri Yerevanda saxlanılıb.

Daha çox göstər
Back to top button