
Fransada prezident seçkilərinin ikinci turu ərifəsində prezidentliyə namizədliyinierməni icmasının nümayəndələrinin görüşü nəzərdə tutulub.
Fransanın Erməni Təşkilatları Koordinasiya Şurasının həmsədri Murad Papazyan qeyd edib ki, Emanuel Makron növbəti 5 il üçün erməni icmasına öz təkliflərini təqdim edəcəyi gözlənilir.
“Emanuel Makronla əlaqə, iş davamlıdır. O, Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının illik şam yeməyində, aprelin 24-də keçirilən tədbirlərdə iştirak edir. İl ərzində onunla, komandası ilə, nazirlərlə görüşlər olur.
Şikayətlərimiz olsa belə, məsələn, 44 günlük müharibə ilə bağlı, Fransanın Azərbaycana silah satması faktını ictimai platformada təqdim edirik. Biz bunu qınadıq, prezident Makronla bu barədə danışdıq.b Fransanın ATƏT-in Minsk Qrupunda həmsədr ölkə kimi olmasını xatırlarmaq da çox vacibdir”,- deyə Papazyan qeyd etdi.







