BaşlıcaTəhlil

Ermənistan mətbuat azadlığı indeksində irəliləyib

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) mayın 3-də Dünya Mətbuat Azadlığı İndeksini yayıb.

Hesabatda Ermənistan 180 ölkə içində 51-ci pillədədir, ötən ildən (63) 12 pillə irəliləyib.

2021-ci ildə 60-cı olmuş Gürcüstan isə 29 pillə geriləyərək 89-cu yeri tutub. Azərbaycan mətbuat azadlığına görə 180 ölkə içində 154-cü yerdə qərarlaşıb və ölkədə mətbuat azadlığı “çox ağır” hesab olunub.

Hesabatda Rusiya 180 ölkə içində media azadlığına görə 155-ci olub. Türkiyə indeksdə 149-cu, İran 178-ci yerdədir.

Qeyd olunur ki, Ermənistanda əsas xəbər mənbələri əhalinin üçdə ikisinin gündəlik istifadə etdiyi sosial şəbəkələrdir. 2018-ci ildə baş verən “məxməri” inqilabdan sonra media sahəsi xeyli böyüdü. Hesabatda deyilir ki, 2021-ci il Qarabağ müharibəsi, seçkilər və epidemiya səbəbindən ER media jurnalistləri üçün çətin il olub.

Daha çox göstər
Back to top button