BaşlıcaSiyasət

Paşinyan daxili siyasi məsələlərdə xalqın iradəsinə arxalanır: TŞ katibi KTMT liderlərindən mitinqlərlə bağlı kömək istəməsi xəbərini təkzib edib

Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Grigoryan baş nazir Nikol Paşinyanın guya Ermənistanda müxalifətin mitinqləri ilə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) liderlərindən dəstək istəməsi barədə yayılan xəbərləri təkzib edir.

“Armenpress”in məlumatına görə, Grigoryan hökumətin iclasından sonra jurnalistlərlə keçirdiyi brifinqdə məsələyə toxunaraq, xüsusilə deyib.

“Son vaxtlar beynəlxalq səviyyədə baş nazirlə bağlı yalan məlumatlar artıb. Təbii ki, bu xəbər yalandır. Qeyd etmək istəyirəm ki, baş nazir Paşinyan Ermənistanın bütün daxili siyasi məsələlərində həmişə erməni xalqının iradəsinə arxalanıb. Noyabrın 9-dan sonra yaranmış ciddi böhran dövründə də o, yalnız xalqın iradəsinə arxalanıb, böhranın həllini daxili siyasi institusional imkanlar çərçivəsində görürüb”.

Onun sözlərincə müxalifətin təşkil etdiyi aksiyalar ictimai dəstək almayıb.

“Təbii ki, biz etirazların həllini yalnız Ermənistanın daxili siyasi institusional vasitələri ilə görürük” – deyə Grigoryan bildirib.

Daha çox göstər
Back to top button