ArtsaxBaşlıcaSiyasət

ABŞ Dövlət Departamenti Dağlıq Qarabağda gərginliyi azaltmağa çağırıb

ABŞ Dağlıq Qarabağ ətrafında intensiv döyüşlər, o cümlədən insan tələfatı və yaralanmalarla bağlı xəbərlərdən dərin narahatdır və onu diqqətlə izləyir. Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.

“Biz gərginliyi azaltmaq və vəziyyəti daha da dərinləşdirməmək üçün təcili addımlar atmağa çağırırıq. Gərginliyin son vaxtlar artması Dağlıq Qarabağ münaqişə ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin danışıqlar yolu ilə, hərtərəfli və dayanıqlı həllinin zəruriliyini vurğulayır”,- deyə bəyanatda bildirilib.

Daha çox göstər
Back to top button