ArtsaxBaşlıcaSiyasət

Makron Paşinyan və Əliyevlə danışıqlar aparıb

Fransa prezidenti Emmanuel Makron Cənubi Qafqazda vəziyyətin inkişafını diqqətlə izləyir. Avqustun 4-də o, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı aparıb.

Makron Laçin dəhlizi ərazisində baş verən ciddi insidentlərlə bağlı narahatlığını ifadə edib. P

“Pezident eskalasiyadan çəkinməyə və Ermənistanla danışıqlara başlamaq üçün mümkün olan hər şeyi etməyə çağırıb. O, atəşkəslə bağlı 9 noyabr 2020-ci il tarixli bəyanatın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Fransa Ermənistan və Azərbaycan arasında dialoqun inkişafına və regionda sabitliyin təmin edilməsinə yönəlmiş səylərə dəstək vermək üçün tərəflər və digər tərəfdaşlarla sıx əlaqələr saxlayır”,- bəyanatda deyilir.

Daha çox göstər
Back to top button