Başlıcaİctimaiyyət
Azərbaycanlı veteran inzibati binanın qarşısında özünü yandırıb

Azərbaycanda daha bir veteran sosial ədalətsizlik ucbatından özünü yandırma hadisəsi törədib.
“İnfoteka24” xəbər verir ki, “MeydanTV” agentliyinin baş redaktoru Hebib Müntəzirin verdiyi məlumata görə, “Gənc Veteranlar” İctimai Birliyinin Samux rayon şöbəsinin sədri veteran Təbriz Abdullayev Samux rayon icra hakimiyyətinin binası qarşısında özünü yandırıb. Veteranın vəziyyəti ağırdır. Müntəzirin sözlərinə görə, bədənin 60%-i yanıb.
Belə çarəsiz addım atmasının səbəbi isə Abdullayevin bir ildir idarədən torpaq sahəsi ala bilməməsidir.







