
“Real Madrid” və “Barselona” rus əsilli erməni futbolçu Arsen Zaxaryan üçün mübarizə aparır.
tp SPORT-un xəbərinə görə, “Barsa” müqaviləsi 2024-cü ilə qədər nəzərdə tutulan futbolçunu izləyir, lakin hücumameyilli yarımmüdafiəçini “Real Madrid” və “Çelsi” də izləyir.
19 yaşlı yarımmüdafiəçi artıq bir neçə top-klubun diqqətini cəlb edən Rusiya futbolunun ən perspektivli oyunçularından biri kimi qəbul edilir.
Arsen Zaxaryan Moskva “Dinamo”sunun heyətində 52 oyunda iştirak edib, 13 qolun və 16 effektiv ötürmənin müəllifi olub.







