
RF Prezidenti Vladimir Putin gələn həftə Ermənistanda keçiriləcək KTMT sammitində iştirak etməyi planlaşdırır.Bu haqda “Ria Novosti” yazır. RF Prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısının qarşıdakı fəaliyyəti barədə məlumat verib.
Noyabrın 23-də Yerevanda KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
Tədbirdə Ermənistanın Baş naziri Nikol Paşinyan, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadir Japarov və Tacikistan Prezidenti Emoməli Rəhmon iştirak edəcəklər.







