
Ermənistanın xüsusi təyinatlı səfiri Edmon Marukyan beynəlxalq ictimaiyyətə müraciət edərək, Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün beynəlxalq mexanizmin yaradılması istiqamətində səylərini davam etdirməyə çağırıb.
Bu haqda Marukyan rəsmi “Twitter” səhifəsində yazıb.
“Azərbaycan prezidenti İlham Əliyev hələ də təkid edir ki, Dağlıq Qarabağ məsələsi daxili məsələdir və onlar bunu heç kimlə müzakirə etmək fikrində deyillər.
Bir daha xatırladıram ki, BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvü heç bir daxili məsələ ilə məşğul olmayıb. ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiya, ABŞ və Fransa onilliklərdir ki, bu məsələ ilə bağlı danışıqlar aparırlar.
İndi bu işlə AB də məşğuldur.Odur ki, Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil”- deyə o vurğulayıb.
Marukyan xatırladıb ki, fundamental insan hüquq və azadlıqları İkinci Dünya Müharibəsindən keçən 70 ildən artıqdır ki, daxili məsələ hesab edilmir.
Ona görə ki, beynəlxalq ictimaiyyət dağıdıcı dünya müharibəsindən dərs alıb və heç bir diktatorun və ya demokratik yolla seçilmiş liderin, insan hüquqları hüququn pozulmasına, ümumiyyətlə kütləvi pozuntulara icazə verilə bilməz.
“Dağlıq Qarabağ xalqı etnik təmizləmə təhlükəsi ilə üzbəüzdür. Beləliklə, beynəlxalq birlik problemin sülh yolu ilə həlli, eləcə də işğalçıların hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün beynəlxalq mexanizmin yaradılması üçün səylərini davam etdirməlidir.
Dağlıq Qarabağ erməniləri Azərbaycanın rəsmi nümayəndələri ilə Dağlıq Qarabağ arasında məsələnin sülhlə həlli naminə səylərini davam etdirməlidir” – deyərək Edmon Marukyan yekunlaşdırıb.







