BaşlıcaSiyasət

Kornidzor vasitəsilə Artsaxa aparan yeni yol mayın sonunda tam hazır olacaq

Ermənistandan Artsaxa gedən yeni Teq-Kornidzor yolu mayın sonunda hazır olacaq.

Verilən məlumata görə, bu haqda  Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan “Ermənistan Respublikası hökumətinin 2021-ci il planının icrasının gedişi və nəticələri haqqında” hesabatın müzakirəsi çərçivəsində bildirib.

“Kornidzor yoluna gəlincə, aprelin 1-dən nəqliyyatın hərəkətinin yeni yola keçirilməsi ilə bağlı müəyyən razılaşma var idi. Biz aprelin 1-dən yolun keçidli olması üçün həmin qrafikə əməl etdik,

Bunu inşaatçılarımızla bacardıq, lakin tam hazır deyil. Mayın sonunda yol tam hazır olacaq. Üç qat asfalt örtüyü nəzərdə tutulub” – deyə nazir bildirib.

Yolda hələ də sütun divarları , drenaj sistemləri və bir sıra digər işlər var ki, nazirin fikrincə, bu işlər mayın sonuna kimi yekunlaşacaq və yol nəhayət hazır olacaq.

Daha çox göstər
Back to top button