
Azərbaycan guya Ukraynaya humanitar yardım göndərib, amma digər tərəfdən 120 min Artsax sakinini 221 gün terror blokadasında, 36 gün isə tam blokadada saxlayıb, hər cür ləvazimatlardan, hətta humanitar yardımlardan da məhrum edib. Bu barədə Artsax dövlət nazirinin müşaviri Artak Beqlaryan öz “Telegram” kanalında yazıb.
“Azərbaycanın diktator rejimi bu addımı ilə öz günahlarını “təmizləməyə” və Qərbdən “humanitar” indulgensiya almağa çalışır, digər tərəfdən də lazım olan anda Rusiyaya qarşı növbəti demarşını həyata keçirir.
Başqa bir ağrılı misal da deyim. Bütün dünya faşist Azərbaycanın 36 gün ərzində Artsaxa ərzaq və digər zəruri malların çatdırılmasına imkan verməyərək 120 min insanı acından öldürməsinə məhəl qoymadan bir neçə gündür “Taxıl sövdələşməsi”nin dayandırılmasından hay-küy salır.
Mənim əsas qənaətim sadə insan ağrısıdır ki, Artsaxın yerli əhalisi guya demokratik və dəyər yüklü ölkələrdən olan geosiyasi maraqların və oyunların qurbanıdır. İstənilən halda axtaran tapır, döyüşçü isə məqsədinə çatır”, – deyə o yazıb.







