BaşlıcaSiyasət

David Babayan:   “Laçın dəhlizinin Ağdam yolu ilə əvəzlənməsi fəlakət və Qarabağın sonu olacaq”

Aknadan (Ağdam) Stepanakertə gedən yol, sadəcə olaraq, logistik yoldur və onun nə vaxt istifadəyə veriləcəyini bilmirik, amma bu yolun açılışı Laçın dəhlizinin açılışı ilə bağlıdırsa, hətta daha çox  Laçın dəhlizi bu yol ilə əvəz olunarsa, bu, Qarabağ üçün son fəlakət olacaq.

Bu barədə jurnalist ilə söhbətində Artsax prezidentinin müşaviri Davit Babayan bildirib.

“Bundan sonra dəhliz anlayışı aradan qalxacaq, insanlar lazım gəlsə, qaça bilməyəcək, çıxa da bilməyəcək. Açılış məsələsi (Ağdamdan Stepanakertə gedən yol – red.) olmamalıdır.

Onun sözlərinə görə, bir yolun digəri ilə əvəzlənməsi məsələsi də geosiyasi məsələdir və o planı həyata keçirmək cəhdi Qarabağı tez bir zamanda boğmaq istəyi ilə bağlı olacaq.

Babayan izah edib ki, bu gün Qarabağı tərk etməli olanlar, o cümlədən son dərəcə ağır vəziyyətdə olan tələbələr və xəstələr gedirlər.

“Başqa ölkələrin vətəndaşları da gedir. Amma bu, Qarabağda olan insanların çox cüzi bir faizidir. Sülhməramlılardan ən azı tələbələri və xəstələri daşımaq tələb olunurdu. Qırmızı Xaç da işləyir” –  deyərək Prezidentin müşaviri vurğulayıb.

O, istisna etməyib ki, sabah Azərbaycan da bu kateqoriyadan olan insanların qarşısını alıb, heç kimi buraxmayacağını bəyan edə, ya da yenidən adam oğurlaya bilər.

“ Belə ki,hər şey mümkündür” – deyərək  Babayan əlavə edib.

Daha çox göstər
Back to top button