
Samvel Şahramanyan Dağlıq Qarabağım prezidenti seçilib. Parlamentin iclasında iştirak edən 23 deputatdan 22-si onun lehinə səs verib.
Bu haqda “Artsaxpress” məlumatlandırıb.Onun Dağlıq Qarabağ Prezidenti vəzifəsinə namizədliyi üç parlament fraksiyası tərəfindən irəli sürülüb.
Xatırladaq ki, Araik Harutyunyan Dağlıq Qarabağ Prezidenti vəzifəsindən istefa ərizəsini sentyabrın 1-də verib.
Dövlət naziri Gurgen Nersisyan da tutduğu vəzifədən azad edilib. Samvel Şahramanyan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilərək həmin vəzifəyə təyin edilib.







