
Dağlıq Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlı qoşunlarının komandanlığının vasitəçiliyi ilə sentyabrın 20-si saat 13:00-dan etibarən hərbi əməliyyatların tam dayandırılması barədə razılıq əldə olunub. Bu barədə Artsax Prezidentinin Qərargahı bəyanat yayıb və həmin bəyanatda həmçinin sentyabrın 21-də Yevlaxda Dağlıq Qarabağ və Azərbaycanın hakimiyyət nümayəndələri arasında görüşün planlaşdırıldığı bildirilir.







