Başlıcaİctimaiyyət

Azərbaycan yumurtaları Rusiyada: heç nədən səs-küy

Rusiyalı KİV-i təmtəraqla bildirirlər ki, Azərbaycandan aclıq çəkən rusları xilas etmək üçün  toyuq yumurtalarının üçüncü partiyası gətirilmişdir. Yeni partiya 306 min ədəd təşkil etmişdir. İlk iki partiya  612 min və 306 min ədəd olub. Yəni,ümumi sayda 1 milyon 224 min ədəd yumurta olub.

Təsüratlı rəqəmdir, elə deyilmi?

İndi isə gəlin statistikanın məlumatlarına baxaq: 2022-ci ildə Rusiyanın sakinləri 46 milyard 100 milyon ədəd, 2023-cü ildəsə 42 milyard yumurta yeyirlər.

Həmin mənbənin məlumatlarına görə, hər bir rus orta hesabla bir il ərzində 280-dən 290-a qədər yumurta yeyir. Amma hesablamanın  asanlığı üçün 300 rəqəmi götürək. Deməli, Apşeron yumurtalarının üç partiyası Rusiyanın yalnız 4 000(dörd min)  sakininin illik istehlakını ödəyəcək. Bu təxminən Moskvada bir çoxmərtəbəli yaşayış binasının sakinlərinin sayıdır.

Di gəl ki, istədiyin qədər səs-küy var

Daha çox göstər
Back to top button