BaşlıcaSiyasət

Paşinyan: “ Bakıdan gələn bəyanatlar bilərəkdən sülh prosesini dalana dirənmiş kimi təəssürat yarada bilər”

Rəsmi Bakıdan gələn bəyanatlar belə təəssürat yarada bilər ki, Azərbaycan sülh prosesini bilərəkdən dalana dirəmək istəyir, lakin belə olan halda  belə Ermənistan öz strategiyasını dəyişmək istəmir.

Alınan məlumata əsasən, bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan “KP” partiyasının təşəbbüs qrupunun iclasında sülh prosesinin təfərrüatlarını təqdim edərkən bəyan edib.

“Rəsmi Bakının bəyanatları hətta belə təəssürat yarada bilər ki, Azərbaycan sülh prosesini qəsdən, bəzi əlavə məqsədlərlə dalana dirəmək istəyir. Amma məncə, bu şərhlə belə, biz strategiyamızı dəyişməməliyik. Bizim strategiyamız belə olub. Almatı Bəyannaməsinə əsaslanan ER suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün möhkəmləndirilməsi və təsdiqi olaraq davam etməlidir, çünki bu, bütün beynəlxalq ictimaiyyətin anlayışıdır” – deyə Baş nazir bildirib.

 Qənaətincə, Azərbaycanın onun qeyd etdiyi ən pis senarini rəhbər tutduğu üzə çıxsa belə, bu, Ermənistan tərəfinin strategiyasını dəyişməməlidir. Ermənistanın strategiyası legitimliyə  dayaqlanmalıdır.

Daha çox göstər
Back to top button