BaşlıcaSiyasət

BQXK nümayəndələri Azərbaycanda əsirlikdə olan DQR-in keçmiş rəhbərlərinə baş çəkiblər

İyul ayında BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə yenidən baş çəkiblər. Saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.

Bunu BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

Bildirilib ki, mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir.

Xatırladaq ki, əsirlər arasında DQR-in keçmiş prezidentləri Arkadi Qukasyan, Bako Sahakyan və Arayik Harutyunyan, keçmiş dövlət naziri, dünya şöhrətli xeyriyyəçi Ruben Vardanyan, keçmiş xarici işlər naziri Davit Babayan, parlamentin keçmiş sədri Davit İşxanyan, keçmiş müdafiə naziri Levon Mnatsakanyan, general Davit Manukyan var.

Daha çox göstər
Back to top button