BaşlıcaSiyasət

Uruqvay Nümayəndələr Palatasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Tsitsernakaberd memorialını ziyarət edib 

Avqustun 29-da Uruqvay Nümayəndələr Palatasının sədri Ana Olivera və Nümayəndələr Palatasının vitse-prezidenti Pedro Xisdonyan ER Parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sargis Xandanyanın müşayiəti ilə Tsitsernakaberd memorialında olub.

Onlar Erməni Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, sonra əbədi məşəldə Erməni Soyıqırımı qurbanlarının xatirəsini yad ediblər. Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Erməni Soyqırımı Muzey-İnstitutunda Ana Olivera və Pedro Xisdonyan soyqırımı ilə bağlı təsdiqedici sənədlər və materiallarla tanış olublar.

Nümayəndə heyətinin üzvləri fəxri qonaqların xatirə kitabına qeydlər ediblər.

Daha çox göstər
Back to top button