BaşlıcaSiyasət

KP-nin daxili qənaətinə görə, ER-də dövlət çevrilişinə cəhdin təşkili RF xüsusi xidmət orqanlarının köməyi ilə həyata keçirilib

Ermənistanda dövlət çevrilişi cəhdinin təşkili Rusiya xüsusi xidmət orqanlarının köməyi ilə həyata keçirilib.  Bu haqda Müdafiə və təhlükəsizlik daimi komissiyasının sədr müavini, müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədr müavini “KP” farksiyasın  deputatı Armen Xaçatryan İctimai televiziyanın efirində bildirib və bunun özünün daxili inamı olduğunu vurğulayıb

“Çünki mən düşünmürəm ki, Rusiya Federasiyasında təhlükəsizliyə cavabdeh olan xüsusi xidmətlər və ya qurumlar o qədər uzaqda və o qədər qeyri-peşəkar olacaqlar ki, ER-dan  onlarla adam gəlir, təlim keçirir,silah alırlar və bundan da  heç kəsin xəbəri yoxdur. Daxili inamıma görə, xəbərdar  olublar” – deyərək  deputat əlavə edib ki, onun qənaətincə, iştirakçıların sayı 7 yox, daha çoxdur.

Xaçatryan deyib ki, əgər Rusiya Federasiyasına aid olan hakimiyyət orqanlarının bundan xəbəri yoxdursa, bu, çox böyük problemdən xəbər verir.

 “Bu onu göstərir ki, bu aidiyyətli orqanlar əslində düzgün yerdə deyillər,öz yerlərində olmaqdan kifayət qədər uzaqdırlar əgər məlumatlıdeyillərsə, demək yerlərindən uzaqdırlar.

Yox əgər bilirdilərsə və hər şey onların icazəsi və təşkilatçılığı ilə edilibsə, artıq bu başqa problemdir və bu problemin mərkəzində ciddi siyasi və diplomatik problemlər yaranır.

 Bu əgərlərə cavab vermək üçün araşdırma aparılır, amma hər halda iz deyəndə, bəs  iz daha necə olur?

Onlar Rusiyada hazırlıq keçirlər, xüsusi hərbi bazada təlim keçirlər, müəyyən maaş alırlar”- deyə  o, qeyd edib..

Daha çox göstər
Back to top button