Siyasət
ABŞ Prezidentinin xüsusi köməkçisi Əliyevlə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 21-də ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul edib.
O, ABŞ-nin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəklədiyini vurğulayaraq, sülh müqaviləsinin imzalanması üçün hazırkı şəraitdə tarixi imkanların olduğunu dedi.
O vurğulayıb ki, ABŞ-nin sülh prosesin irəli aparılmasında qəti dəstəyi var.







