
Paşinyan oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS-in sammitində iştirak edəcək.
Bu barədə mətbuata Baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan məlumat verərək, Baş nazirin sammitdə iştirakının bir ay əvvəl təsdiqləndiyini əlavə edib.
Liderlərlə görüşlərin planlaşdırılıb-planlaşdırılmaması sualına Baş nazirin mətbuat katibi cavab verib:
“Bu barədə əlavə məlumat veriləcək.”
Qeyd edək ki, hökumətlə ənənəvi sual-cavab sessiyası keçiriləcək və Baş nazir də bu sessiyada iştirak edəcək. Nikol Paşinyanın böyük ehtimalla parlament sual-cavabı başa çatdıqdan sonra gecə saatlarında Kazana yola düşəcəyi gözlənilir.
Xatırladaq ki, Kazanda oktyabrın 22-də BRİKS-in 16-cı sammiti başlayır. Daha əvvəl Kremlin mətbuat xidməti RF Prezidenti Vladimir Putinin BRİKS sammitində iştirak edən bütün ölkələrin liderləri ilə görüşəcəyini bildirmişdi.







