
İran İslam Respublikasına Avrasiya İqtisadi İttifaqında (Aİİ) müşahidəçi statusu verilib. TASS xəbər verir ki, belə bir qərar ittifaqın sammitində qəbul edilib.
Kuba və Özbəkistan da Aİİ müşahidəçi ölkələri sırasındadır. Avrasiya “böyük beşliyi”nə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.
“İran indi bizim ittifaqda müşahidəçi ölkədir”,- Avrasiya İqtisadi Komissiyasının (AİK) idarə heyətinin sədri Bakıtcan Saqintayev bildirib.
Bundan əlavə, RİA Novosti-nin bildirdiyinə görə, Aİİ liderləri Aİİ və İran arasında azad ticarət sazişinin qüvvəyə minməsi qərarını təsdiqləyiblər.







