BaşlıcaSiyasət

Nikol  Paşinyanın  Vladimir Putin ilə  2 görüşü, 2 telefon danışığı  olub

ER və Azərbaycan liderləri iki, XİN rəhbərləri isə beş dəfə görüşüblər

2024-cü ildə Ermənistanın Baş naziri və Azərbaycanın Prezidenti arasında iki görüş keçirilib. Bu barədə Radar Armenia hökumət proqramının icra olunmasına dair hesabatdan məlumat əldə edib.

Eyni zamanda, ötən il Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın 5, Xarici işlər nazirlərinin isə 5 görüşü baş tutub.

Ermənistan-Türkiyə münasibətləri ilə bağlı 2024-cü ildə Nikol Paşinyan və Rəcəb Tayyib Ərdoğan arasında 1 rəsmi görüş keçirilib.

Hər iki ölkənin Xarici işlər nazirləri iki dəfə görüşüb və iki telefon danışığı aparıblar.

“Ermənistan-Türkiyə quru sərhədinin Markara-Alican keçid məntəqəsində iki ölkənin xüsusi nümayəndələrinin beşinci görüşü keçirilib.

Xarici İşlər naziri həmçinin Antalyada Diplomatik Forumda və İstanbulda təşkil olunan “3+3” formatlı nazirlər görüşündə iştirak edib. Ermənistan və Türkiyə arasında aktiv dialoq qurulub” – deyə hesabatda qeyd olunub.

Daha çox göstər
Back to top button