BaşlıcaSiyasət

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Ermənistana səfərə gəlib

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Ermənistana səfərə gəlib.

O, martın 30-dan aprelin 2-dək regional səfər çərçivəsində Ermənistan və Azərbaycanda olacaq. Bu barədə daha əvvəl Almaniya Prezident Administrasiyası məlumat verib.

Qeyd olunub ki, bu, prezidentin iki ölkəyə ilk səfəridir. Ştaynmayerin Yerevanda Ermənistan prezidenti Vahaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşü planlaşdırılır. O, həmçinin TUMO Mərkəzinə baş çəkəcək və mədəni qəbulda iştirak edəcək.

Ermənistana səfərinin ikinci günündə Ştaynmayer Dilicana gedəcək və onun erməni qadın sahibkarlarla görüşü və şəhərsalma proqramı ilə tanış olması planlaşdırılır. Proqrama həmçinin Sevana, erməni kilsəsinə və hidrometeoroloji ölçmə məntəqəsinə baş çəkmək də daxildir.

Daha çox göstər
Back to top button