BaşlıcaSiyasət

Starlink-in yaranması Ermənistanın qonşularından internet müstəqilliyini təmin edəcək: Ekspert

Ermənistanda Starlink qlobal peyk rabitə sisteminin yaranması internetin qonşularından müstəqilliyini təmin edəcək. Bunu informasiya təhlükəsizliyi üzrə ekspert Samvel Hayrapetyan “Sputnik Armenia”-ya bildirib.

O, qeyd edib ki, bir ölkədən bizə kabellər vasitəsilə gedən standart internetdən fərqli olaraq, bu əlaqə Yerdən 500-600 km yüksəklikdə yerləşən peyklər vasitəsilə həyata keçirilir. Bu, internetə çıxış üçün qonşu ölkələrdən asılılığı azaldır.

“Bizim internetimiz Qara dənizin dibi ilə Gürcüstan ərazisindən keçir. Həm də hava şəraiti, fəlakətlər, insan faktorları səbəbindən kabelin Gürcüstan tərəfində zədələnməsi halları çox olub. Beləliklə, Starlink bizə ən azı internet baxımından qonşu ölkələrdən müstəqil olmaq imkanı verə bilər”, – Hayrapetyan qeyd edib.

Problemlər və ya sərhədlərin gərginləşməsi halında heç bir ölkə interneti kəsə, informasiya blokadası tətbiq edə bilməyəcək. Eyni zamanda, həm dövlət, həm də özəl istifadəçilər Starlink-dən istifadə üçün cihazlar ala bilərlər.

“Düşünürəm ki, gələcəkdə qiymətlərə yenidən baxılacaq. Məsələn, Monqolustanda belə idi. İndi Ermənistan üçün təklif edilən qiymət cihazla birlikdə ayda 20-100 min dram (50-250 dollar) təşkil edir. Amma zaman keçdikcə qiymət böyük ehtimalla dəyişəcək”, – Hayrapetyan bildirib.

Daha çox göstər
Back to top button