BaşlıcaSiyasət

Ermənistan sülh gündəmindən dönməyəcək: Paşinyan

Ermənistan regionda sabitliyin təmin edilməsinə siyasi sədaqətini bir daha təsdiq edərək, sülh gündəmindən dönməyəcək.

Bunu Paşinyan bəyan edib.

O qeyd edib ki, sülh gündəmiyindən dönən bəzi qüvvələr var.

”Bu hərəkətlər arasında Ermənistana yönəlmiş atəşkəs rejiminin pozulması və Azərbaycan silahlı qüvvələrinin atəşkəs rejiminin hər gün olmasa da, tez-tez pozulması ilə bağlı saxta ittihamlarla ifadə olunan ritorika və hərəkətlərlə yanaşı, Azərbaycanın müharibə ritorikası da diqqəti çəkir.

“Bu pozuntular əsasən hədəfsiz xarakter daşıyır, baxmayaraq ki, son bir ay ərzində Syunikdə Xnatsax kəndinin hədəfə alınması ilə bağlı iki konkret hal qeydə alınıb”, – Paşinyan bildirib.

o qeyd esib ki, Ermənistanən müxtəlif yaşayış məntəqələrində belə atışmalar eşidilib.

Sözügedən atışmalar ya Azərbaycan silahlı qüvvələrindəki intizamsızlığın nəticəsidir, ya da adıçəkilən yaşayış məntəqələrinin əhalisinə psixoloji təzyiq göstərmək məqsədi daşıyır. Ermənistan Respublikası Azərbaycanı yuxarıda qeyd olunan hadisələri araşdırmağa və onların dayandırılması üçün tədbirlər görməyə çağırır”, – baş nazir bildirib.

Baş nazir bir daha təsdiq edib ki, o, Ermənistan ordusuna atəşkəs rejimini pozmamaq barədə dəqiq göstəriş verib və Ermənistan Respublikası öz ordusu tərəfindən atəşkəs rejiminin pozulması ilə bağlı xəbərləri araşdırmağa hazırdır.

Müharibə olmayacaq, sülh olacaq”,- o deyib.

Daha çox göstər
Back to top button