BaşlıcaSiyasət

Milli Məclisinin deputatı Rusiyadan deportasiya edilib

Azərbaycanın Milli Məclisin deputatı Azər Badamov Moskvada hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib. APA-nın yaydığı məlumata görə, Rusiya tərəfinin dəvəti və Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Rusiyanın Həştərxan vilayətinə səfərə yollanıb. Nümayəndə heyətinin tərkibinə daxil olan deputat Azər Badamov Moskvada hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib.

Onun ölkəyə girişinə qadağa qoyulduğu bildirilib və bu addıma hər hansı izahat verilməyib. Deputat geri qayıtmalı olub.

Ehtimala görə, Rusiya tərəfi Azərbaycan xalqını və dövlətini təhqir edən açıqlama ilə çıxış etmiş Valuyevə qarşı media müstəvisində verdiyi açıqlamalara görə deputat Azər Badamovu “qara siyahı”ya salıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, məsələ ilə əlaqədar, dərhal Azərbaycanın Rusiyadakı Səfirliyi vasitəsilə Rusiya Xarici İşlər Nazirliyi ilə əlaqə saxlanılıb. Rusiya XİN-in rəsmisi məsələnin araşdırılacağını bildirərək, bu qərarın səbəbləri barədə izahat verməyib.

“Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edir, məsələ ilə əlaqədar Rusiya tərəfindən turarlı izahat veriləcəyini gözləyirik”, – Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi bildirib.

Daha çox göstər
Back to top button