
Vyanada Avstriya Milli Müdafiə Akademiyasında Avropa Birliyinin Beynəlxalq Araşdırmalar Mərkəzi olan ICEUR-un təşkilatçılığı ilə Ermənistan və Azərbaycan siyasətçilərinin görüşü keçirilib.
Bu barədə Facebook səhifəsində Azərbaycan Milli Məclisinin deputatı, “Xalq cəbhəsi” Partiyasının sədri Razi Nurullayev sosial şəbəkədəki səhifəsində məlumat verib və iclasdan foto yayımlayıb.
Fotodan görünür ki, iclasda Azərbaycan “Müsavat” Partiyası məclisinin sədri Arif Hacılı, Ermənistandan “Lusavor Hayastan” partiyasının sədri Edmon Marukyan və ER Parlamentinin “Pativ unem” fraksiyasının rəhbəri, Respublika partiyasının üzvü Hayk Mamicanyan iştirak ediblər.







