
Ermənistanla Rusiya arasında münasibətlər transformasiya mərhələsindədir. Bu barədə bu gün, iyulun 16-da mətbuat konfransı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Mənim qiymətləndirməm budur ki, bizim Rusiya ilə münasibətlərimiz bundan sonra əvvəlki kimi olmayacaq. Amma bu, o demək deyil ki, bizim münasibətlərimiz pis olmalıdır.
Məncə, onlar yaxşı, əvvəlkindən qat-qat yaxşı olmalıdır.
Təbii ki, müəyyən həyəcan təbili çalır ki, Rusiya bunu, bunu planlaşdırır.
Açığı, mən bu cür söz-söhbətlərə və qiymətləndirmələrə inanmağa meylli deyiləm, amma hər hansı problem olarsa, rusiyalı tərəfdaşlarımızla bu barədə danışacağıq, müzakirə edəcəyik, həll yollarını tapmağa çalışacağıq”.







