Solovyov Azərbaycanı xüsusi hərbi əməliyyatla hədələyir

Məşhur rusiyalı teleaparıcı Vladimir Solovyov “Rossiya 1” kanalındakı proqramında eyham vurub ki, Ukraynada keçirilən xüsusi hərbi əməliyyat (SMO) yaxın illərdə Rusiya üçün sonuncu olmaya bilər.
Onun sözlərinə görə, təhlükə NATO-nun Xəzər dənizindəki mümkün bazalarından, eləcə də son vaxtlar Rusiyanın münasibətlərinin gərginləşdiyi Azərbaycandan gəlir.
“Cənubi Qafqazda bizimlə baş verənlər çox böyük problemdir, Xəzər dənizi elə vəziyyətə düşə bilər ki, orada NATO bazaları görünə bilər.
Bu o qədər təhlükəlidir ki, geosiyasi nöqteyi-nəzərdən baxsaq, indiki xüsusi əməliyyat bizim nəsil üçün sonuncu olmaya bilər”, – deyə Solovyov bildirib.
Teleaparıcı Rusiyada yaşayan diaspora mövzusuna xüsusi diqqət yetirib. O, açıq şəkildə Azərbaycan diasporunun rus pasportlu nümayəndələrini Rusiyanın əvəzinə Azərbaycanın maraqlarına işləməkdə ittiham edib. Aparıcı hüquq-mühafizə orqanlarını bu məsələ ilə məşğul olmağa çağırıb.







