BaşlıcaSiyasət

Energy Intelligence:  “Trampın Cənubi Qafqaz gambiti özünü doğruldarmı?”

Ağ Evdə, 8 avqust tarixində ABŞ Prezidenti Donald Trumpın dəstəyi ilə Ermənistan və Azərbaycan rəhbərlərinin imzaladığı bəyannamə, demək olar ki, dörd onillik münaqişəyə son qoya bilər.

Bu hadisənin region üçün böyük əhəmiyyəti var, deyə qeyd edir –deyə “Energy Intelligence”- qeyd edir.

ABŞ-ın bu addımı təkcə sülh və ticarət razılaşmalarına can atmaq deyil, həm də Avropa, Asiya və Yaxın Şərqin strateji kəsişməsində Rusiya və İranın mənafelərinə təhdid yaradan və paralel risklər doğuran geosiyasi bir gambitdir (gambit: şahmatda təşəbbüskarlıq üçün qurban verilən hərəkətdir).

ABŞ vasitəçiliyi ilə bağlanan sazişin mərkəzi elementi, Azərbaycanı Naxçıvanla birləşdirən 20 mil uzunluğundakı dəhlizə 99 illik icarə hüququ verilməsidir.

 Trampın planına Ermənistanın cənubundan – İranla sərhəd boyu keçən dəmiryolu xətləri, rabitə şəbəkələri və neft-qaz kəmərləri daxil ola bilər.

Ağ Ev açıqlayıb ki, layihə enerji və digər resursların ixracını stimullaşdıracaq. Bəzi təhlilçilər, Gürcüstan ərazisindən keçən (o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi) ticarət və enerji marşrutları nəzərə alınmaqla, yeni böyük layihənin ticarət davamlılığına şübhə ilə yanaşır.

Son sülh sazişi hələ də əhəmiyyətli siyasi maneələrlə üzləşir, lakin əsas nəqliyyat dəhlizlərinin inkişafı üçün təməl ola bilər.

Xəzər dənizi-Avropa dəhlizinin genişləndirilməsi və dərinləşdirilməsi, Rusiyanın Baltik dənizindən İrana və ötərisinə uzanan öz “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizini inkişaf etdirmək cəhdlərinə mane olmaq təhdidi yaradır.

International Crisis Group analitik mərkəzinin Türkiyə üzrə mütəxəssisi Niqar Göksel iddia edir ki, ABŞ-nin Şərq-Qərb layihəsində planlaşdırılan iştirakı, Rusiya və İran üçün Şimal-Cənub dəhlizini tamamilə aradan qaldırmır.

“Bunun Rusiyaya heç bir xeyir gətirməyəcəyi şübhəsizdir”, lakin daha əhəmiyyətlisi Cənubi Qafqazdakı geosiyasi dəyişikliklərin daha geniş təsiridir.

O vurğulayıb ki, bunun Şimali Qafqaza təsir etməyəcəyini düşünmək səhv olar”- deyə  Rusiya mütəxəssisi Fyodor Lukyanov açıqlayıb:

Azərbaycanda keçmiş ABŞ səfiri Robert Sekuta bildirib ki, nəticədə Azərbaycanın neft və qaz təchizatı Ermənistana rus enerji təchizatı inhisarına alternativ yaradacaq.

 Lakin regionu həqiqətən də uzun müddətdir gözlənilən Transxəzər boru kəməri (Türkmənistan qazını Azərbaycan vasitəsilə Avropaya çatdıran) dəyişəcək.

“Enerji nəticələri Azərbaycandan çox, şərqə nə yönəldilə biləcəyindən asılı olacaq” – deyə o qeyd edib. Sekuta əlavə edib ki, Trampın addımı, Cənubi Qafqaz və Mərkəzi Asiyanın sıx əlaqəli regionlarında ABŞ iştirakının artırılması istiqamətində əhəmiyyətli bir addımdır.

Regional inkişaflar Türkiyənin mövqeyini gücləndirib. Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülh öz növbəsində Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşmasına səbəb ola bilər.

Bu regional dəyişikliklər, enerji sektoruna təsiri olan Azərbaycan və Rusiya arasında pisləşən münasibətlər fonunda baş verir. Rusiya, Əliyevin Ağ Evdə olduğu gün Ukraynadakı Azərbaycan neft-qaz obyektlərini bombalayıb ki, bu da qarşıda duran riskləri nümayiş etdirir.

ABŞ-nin Cənubi Qafqazda daha dərin iştirakı İran üçün də arzuolunmaz xəbərdir. İran təkcə sərhədində ABŞ nəzarəti altında keçid dəhlizi perspektivi ilə deyil, həm də Türkiyə və Azərbaycan arasında artan ittifaq, eləcə də Bakı ilə İsrail arasında təhlükəsizlik sıx əlaqələri ilə bağlı narahatdır.

 Azərbaycanın İranı daha geniş regiondan kənarlaşdırdığının əlamətlərindən biri, Suriyaya qaz tədarükü məsələsində Türkiyə ilə əməkdaşlığıdır.

Daha çox göstər
Back to top button