
Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Bu haqda RİA Novosti-nin müxbiri məlumatlandırıb.

Sammit bazar günü, sammitin təşkilatçısı Çin Xalq Respublikasının rəhbəri Si Cinpinin adından nümayəndə heyətlərinin rəhbərləri üçün keçirilən rəsmi qəbul ilə açılıb.
Sammitin rəsmi proqramı sentyabrın 1-də başlayır.







