BaşlıcaEkonomika

Gürcüstan Rusiyaya olan borcunu tamamilə ödəyib

Tbilisi Moskvaya olan xarici borcunu tam şəkildə bağlayıb. “RIA Novosti” Gürcüstan Maliyyə nazirliyinə istinadən xəbər verir ki, fevral ayında Rusiyaya olan 7 milyon 870 min dollarlıq borc 3 milyon 997 min dollara enmişdi.

Bu rəqəm avqusta qədər dəyişməz qalıb, avqust göstəricilərinə görə isə borc sıfırlanıb.

BMG biznes agentliyinin məlumatına görə, bu borc Gürcüstanın müstəqilliyinin ilk illərində yığılıb və 2004-cü ilin iyulunda Tbilisi ilə kreditorlar və Paris Klubu arasında imzalanmış sazişə uyğun olaraq restrukturizasiya olunub.

Buraya 1999-cu ilə qədər götürülmüş 160 milyon dollar, 1999–2004-cü illərdə yığılan faizlər və 2004–2006-cı illərdə ödənilməli olan məbləğlər daxil idi. Ümumi borc 225 milyon dollardan çox olub.

Maliyyə nazirliyinin məlumatına görə, Gürcüstan Rusiyadan əlavə Ermənistan, İran, Türkiyə, Azərbaycan və Qazaxıstana olan uzunmüddətli borclarını da tamamilə ödəyib.

Avqust göstəricilərinə əsasən, Gürcüstanın ümumi dövlət borcu 10 milyard dollardan çox təşkil edib. Ölkənin ən böyük borcu Fransiyadır – 850 milyon dollardan artıq.

Daha çox göstər
Back to top button