Beynəlxalq

Amerikalıların 76%-i Trampın Nobel mükafatına layiq olmadığını düşünür

“Washington Post” və “Ipsos”un birgə keçirdiyi sorğu nəticəsində məlum olub ki, hər dörd amerikalıdan üçü ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına layiq olmadığı qənaətindədir.

Sorğu bütün ölkə üzrə sentyabrın 11-dən 15-dək 2513 nəfər arasında keçirilib.

Açıqlanan nəticələrə görə, 76 faiz Trampın mükafata layiq olmadığına inanır, 22 faiz isə onun namizədliyini dəstəkləyir. Respublikaçılar arasında fikir bölünüb: 49 faiz buna qarşıdır, eyni sayda da onu dəstəkləyir.

Daha çox göstər
Back to top button