BaşlıcaSiyasət

Baş nazirin sözçüsünün açıqlaması:  “Zəngəzur dəhlizi” ifadəsi heç bir şəkildə Ermənistan ərazisinə aid edilə bilməz”

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin 2 oktyabrda Kopenhagendə keçirilən görüşündə “Zəngəzur dəhlizi” ifadəsinin istifadəsi məsələsi müzakirə edilib.

 Ermənistan təkrar bəyan edir ki, Azərbaycan prezidentinin bu ifadəsi heç bir şəkildə Ermənistan Respublikasının ərazisinə aid edilə bilməz.

Bu  haqda  Ermənistan Baş nazirinin sözçüsü Nazeli Bağdasaryan jurnalistin yazılı sorğusuna cavab olaraq bildirib.

“Azərbaycan prezidenti Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən görüşündə çıxışında yenə “Zəngəzur dəhlizi” ifadəsindən istifadə edib.

 Sizin cavabınız nədir və Kopenhagendəki Paşinyan-Əliyev görüşündə bu mövzu müzakirə edildimi?”.

Ermənistan Baş naziri və Azərbaycan prezidentinin Kopenhagendə keçirilən görüşünün nəticələri ilə əlaqədar hər iki tərəf mətbuat bəyanatı yayıb ki, buradan aydın olur ki, hər iki tərəf qəbul edir ki, Ermənistan ərazisinə yalnız TRIPP (Cənubi Qafqazda nəqliyyat və enerji əlaqələri) layihəsi aid edilir.

 Buna görə də Ermənistan Respublikasının ərazisində heç bir başqa layihə yoxdur və ola bilməz.

Bəli, bu məsələ Kopenhagendəki görüşdə müzakirə edilib və biz yenidən təsdiq edirik ki, Azərbaycan prezidentinin bu ifadəsi heç bir şəkildə Ermənistan Respublikasının ərazisinə aid edilə bilməz.

Ermənistan Respublikasında yalnız TRIPP və “Sülh kəsişməsi” (Crossroads of Peace) layihələri həyata keçirilir ki, bu da bir sıra beynəlxalq sənədlərdə açıq şəkildə qeyd olunub.

Daha çox göstər
Back to top button