BaşlıcaSiyasət

Bakı Ermənistana qarşı ərazi iddiaları siyasətini davam etdirir

Brüsseldə “Qərbi Azərbaycanlıların qayıdış hüququ”  mövzusunda konfrans keçirilib. Ermənistanla sülh müqaviləsinin ilkin imzalanmasına baxmayaraq, Bakı Ermənistana qarşı ərazi iddialarını irəli sürməkdə davam edir.

 Xüsusilə, Azərbaycan mətbuatı bildirib ki, Brüsseldə “Qərbi Azərbaycanlıların” öz “tarixi torpaqlarına” qayıtmaq hüququna həsr olunmuş konfrans keçirilib.

 Tədbir “Qərbi Azərbaycan Cəmiyyəti” təşkilatı və Fransaın “CAP Freedom of Conscience” təşkilatının dəstəyi ilə təşkil edilib. Qeyd edək ki, Bakı “Qərbi Azərbaycan” dedikdə Ermənistanın ərazisini nəzərdə tutur.

Məlumata görə, konfransa Belçika, Fransa, Böyük Britaniya, İsveçrə, İtaliya və Azərbaycandan beynəlxalq hüquq ekspertləri, tədqiqatçılar və ictimai xadimlər qatılıb.

İştirakçılar “azərbaycanlıların öz torpaqlarından didərgin düşməsi” məsələsini müzakirə edib və qeyd ediblər ki, qayıdış hüququ beynəlxalq sənədlərdə təsbit olunmuş əsas hüquqdur.

“Qərbi Azərbaycan Cəmiyyəti”nin sədri Əziz Ələkbərli Ermənistana qarşı əsassız ittihamlar irəli sürüb və iddia edib ki, “XX əsrdə azərbaycanlılar sistemli şəkildə və məcburiyyət qarşısında qalaraq tarixi ərazilərini tərk etməyə məcbur olublar”.

O, həmçinin bildirib ki, “Ermənistanın siyasəti nəticəsində azərbaycanlı əhali milyardlarla dollar maddi ziyana uğrayıb, onların mədəni mirası isə məhv edilib”.

 Ələkbərli həmçinin demişdir ki, çoxsaylı çağırışlara baxmayaraq, erməni tərəfi onlarla dialoqa başlamaqdan imtina edir. O, qeyd edib ki, təşkilat Azərbaycan Prezidenti İlham Əliyevin regionda sülh və birgəyaşayışın möhkəmləndirilməsinə yönəlmiş kursunu dəstəkləyir və 8 avqustda Vaşinqtonda keçirilən görüşdə əldə edilən uğurun Cənubi Qafqazda sabitliyə kömək edəcəyinə inanır.

8 avqustda Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin ilkin imzalanmasından sonra Azərbaycan mətbuatı bildiribdi ki, Azərbaycan “Qərbi Azərbaycan”la bağlı təşkilatları ləğv etməyə başlayıb və Əziz Ələkbərli “prezident administrasiyasından müvafiq əmr alıb”.

 Lakin sonradan Ələkbərli bu məlumatları təkzib edib və bunun tam yalan olduğunu bildirib.

Qeyd edək ki, “Qərbi Azərbaycan Cəmiyyəti” “qayıdış konsepsiyası” da qəbul edib ki, bu da, guya, “Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə sülh içində geri qayıtmasını təmin etmək” üçündür.

Mətn  factor.am-ə məxsusdur.

Daha çox göstər
Back to top button