
Ermənistan müəyyən dərəcədə ABŞ tərəfdaşlarını Cənubi Qafqazda kommunikasiyaların açılması kontekstində Gürcüstanın mümkün faydaları ilə bağlı Gürcüstanla dialoqu yenidən başlatmağa təşviq edib.
“Armenpress”-in müxbirinin verdiyi məlumata görə, bunu Ermənistan Respublikası xarici işlər nazirinin müavini Vahan Kostanyan ABŞ dövlət katibinin müavini Alison Hukerin rəhbərlik etdiyi nümayəndə heyətinin Yerevana səfəri ilə ABŞ Dövlət Departamentinin nümayəndəsi Conatan Askonasın Tbilisiyə səfərinin necə əlaqəli olduğu sualına toxunaraq bildirib.
Kostanyan vurğulayıb ki, həmin günlərdə Tbilisidə olan ABŞ nümayəndələri də müzakirələrini Ermənistanla koordinasiya ediblər.
“Tbilisi ilə kommunikasiyaların açılması proseslərindən Gürcüstanın də necə faydalana biləcəyi ilə bağlı imkanlar müzakirə edilib. Bir məqamı da əlavə edim: “Biz özümüz ABŞ-dakı tərəfdaşlarımızı təşviq edirik və bu barədə uzun müddətdir danışırıq ki, Gürcüstanla dialoqu yenidən başlatmağa ehtiyac var və bu müzakirələrin baş tutmasından çox məmnunuq”, – deyə Vahan Kostanyan vurğulayıb.







