BaşlıcaSiyasət

Ermənistan Parlamentinin sədri Rusiyaya rəsmi səfər edəcək

Ermənistan  Parlamentinin  sədri Alen Simonyan Rusiya Federasiyasına rəsmi səfər edəcək. Bu səfər Rusiya Federasiyası Federal Şurasının sədri Valentina Matviyenkonun dəvəti ilə baş tutacaq.

Simonyan bu barədə parlamentdə jurnalistlərlə keçirdiyi press-brifinqdə məlumat verib:

“Tarixlər hələ dəqiqləşdirilməyib, amma mənə qarşılıqlı səfər dəvəti edilib. Mənim həmkarım xanım Matviyenko buraya böyük nümayəndə heyəti ilə gəlmişdi və indi mən onun dəvəti ilə cavab səfərinə gedəcəyəm”.

Qeyd edək ki, Rusiya Federal Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyəti 2025-ci il iyun ayında Ermənistana səfər etmişdi.

Daha çox göstər
Back to top button